Dörd ayda bu qədər şəxsə əlillik təyinatı aparılıb

11:34 - 26.05.2021


26 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-aprel aylarında 10 minə yaxın şəxsə əlillik təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, onlardan 3178-i ilkin, qalanları təkrar əlillik təyin edilənlər olub.

Əlillik təyinatı aparıldıqdan sonra həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlərin də e-sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib.

 

Bütün xəbərlər