Bir gündə 34 mindən çox vaksin vuruldu

17:05 - 26.05.2021


26 may, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus əleyhinə 34 min 615 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 min 149, ikinci mərhələ üzrə 8 min 466 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 milyon 55 min 986, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 milyon 184 min 780, ikinci mərhələ üzrə isə 871 min 206 təşkil edir.

 

Bütün xəbərlər