Neft ucuzlaşır, “Brent”in bir bareli $68,51 təklif edilir

09:50 - 27.05.2021


27 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ticarətində azalır.

ABŞ Enerji Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə neft ehtiyatları 1,66 milyon barel azalıb. Benzinin ehtiyatları 1,74 milyon barel, distillyatlar - 3,01 milyon barel azalıb.

Saat 9:20-də London ICE Futures birjasında baş tutan ticarətdə Brent-in iyul fyuçersi $0,36 (0,52%), bir barel üçün $68,51-a düşdü. Mayın 26-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersinin qiyməti $0,22 (0,32%) - barrel başına $68,87-dək artıb.

Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətdə WTI-nin iyul fyuçersinin qiyməti $0,35 (0,53%) - barrel başına $65,86-a düşüb. May ayının 26 hərraclarının nəticələrinə görə, iyul ayına olan fyuçers $0,14 (0,21%) – bir barel üçün $66,21-ə yüksəldi.

 

Bütün xəbərlər