Sərhəddə təxribat törədildi – 6 erməni hərbçi əsir götürüldü

10:03 - 27.05.2021


27 may, Fineko/abc.az. Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində törədilmiş təxribatla bağlı məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, nazirlik mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, onlar əsir götürülüb.

 

Bütün xəbərlər