Göstəriş vermişəm ki, tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınsın - Prezident

14:08 - 27.05.2021


27 may, Fineko/abc.az. Mən artıq göstəriş vermişəm ki, bizim təhsil proqramlarımızda, məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınsın.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev Türkiyə milli təhsil naziri Ziya Selçukla görüşüb.

Dövlət başçısı qeyd edib ki, indi bizim müvafiq qurumlar, o cümlədən Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin.

"Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Ona görə, real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq. Xüsusilə, nəzərə alsaq ki, Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərib" deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər