17:21 - 27.05.2021
27 may, Fineko/abc.az. 20 may 2021-ci ildə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) nəzdində yeni yaradılan Təhsil Komitəsinin üzvləri tərəfindən ilk onlayn görüş keçirilmişdir. Palatanın əsas missiyası Azərbaycan Respublikasında dövlət-özəl tərəfdaşlıqla əməkdaşlıq etmək və əlverişli iş mühitinə yardım etmək olan qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır.
Komitənin sədri ADA Universitetinin prorektoru, Fariz İsmayılzadə, sədr müavinləri UFAZ-da Pedaqoji kafedranın müdiri Lətifə Nəsibova və Baker Tilly Azərbaycan şirkətində Audit Direktoru Elvin Qasımov yeni yaradılan Təhsil Komitəsini iştirakçılara təqdim etdi. Təhsil Komitəsinin məqsədi Azərbaycan Respublikasında Təhsil və Biznes sektorları arasında tərəfdaşlıq yaratmaqdır.
Palatanın İcraçı Direktoru Zibar Hüseynova açılış qeydlərində təhsil sahəsindəki nailiyyətləri və dövlət-özəl tərəfdaşlıqda Palatanın işini təqdim etdi.
Görüşdə universitetlərin 10-dan çox rektorları və prorektorları, Palataya üzv şirkətlərin nümayəndələri, biznes sektorlarını nümayəndəsi və müxtəlif təhsil müəssisələri iştirak etmişdir
Komitənin məqsədləri və uzun müddətli vizyonu barədə Elvin Qasımovla müsahibə
Komitənin əsas vizyonu “Təhsil və Biznes sektorları arasında daha effektiv əlaqələrin təşviqi və tərəfləri bir araya gətirmək”dir. Hədəfimiz təhsil proqramlarının əmək bazarının ehtiyaclarına uyğunluğunu artırmaq məqsədi ilə təhsil müəssisələri və özəl şirkətlər arasında dialoq platforması yaratmaqdır.
Bizim Missiya bəyanatımıza aşağıdakılar daxildir, lakin bununla məhdudlaşmır:
Biz Şirkət/Universitet əməkdaşlığı üçün rəqəmsal platformanın yaradılmasında potensial gənc istedadlar tərəfindən yeni startap və beyin fırtınası proqramları gözləyirik.
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024