“Azəri LT” markalı neftin qiyməti bir qədər düşüb

14:49 - 15 Mart 2018


15 mart, Fineko/abc.az. Dünya bazarında satılan “Azəri LT CIF” markalı Azərbaycan neftinin qiyməti  0,07 dollar (0,11%) düşüb.

Hal-hazırda “Azəri LT CIF” markalı xam neftin qiyməti bir barelə 65,78  dollar təşkil edir.

“Azəri LT” neftinin  minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınıb.