Azərbaycanda daşınar əmlakın yüklülüyünün dövlət reyestri yaradılıb

15:02 - 15.03.2018


15 mart, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu gün Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin təqdimatı keçirilib.

Palatanın Baş icraçı direktoru İbrahim Alışov deyib ki, reyestrin predmeti, intellektual mülkiyyət daxil olmaqla, daşınar əmlakın istənilən obyektləridir.

“Reyestrin  mexanizmi çox sadədir və hər bir vətəndaş ondan  istifadə etmək üçün xüsusi portalda qeydiyyatdan keçə biləcək. Gələcəkdə bu prosesə banklar və qeyri-bank kredit təşkilatları cəlb olunacaq, bu istiqamətdə maarifləndirici işlər aparılır. Bu reyestr, hazırda tez-tez baş verən girov obyektlərinin təkrar istifadəsinin qarşısını alacaq, çünki belə bir reyestrin olmaması səbəbindən,  daşınar əmlak  əsasən şifahi şəkildə girov predmetinə çevrilir”, - İ.Alışov belə deyib.

Onun sözlərinə görə, daşınar əmlakın yüklülüyü sahəsində qiymətləndirmə fəaliyyəti olmayacaq, gərginliyin qarşısının alınması məqsədi ilə obyektin qiyməti, tərəflərlərin razılığı əsasında təyin ediləcək. Reyestrin xidmətlərinə olan tariflər xüsusi portalda göstəriləcək.

 

 

 

Bütün xəbərlər