Metroda gediş haqqı ilə bağlı açıqlama - Nələrin olacağını gələcəkdə görəcəyik

12:01 - 31.05.2021


31 may, Fineko/abc.az. Artıq bir müddətdir cəmiyyətdə metroda gediş haqqının artacağı barədə müxtəlif mülahizələr dolaşır.

ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Bakı Metrosunda gediş haqqının müəyyən edilməsi Tarif (Qiymət) Şurasının səlahiyyətindədir.

O qeyd edib ki, bu məlumatlar şaiyədir və əmin olun ki, Tarif Şurası müvafiq qərarı elan etməyənə qədər elə şaiyə olaraq qalacaq.

"Ümumiyyətlə "Bakı Metropoliteni"nin qiymətlərin tənzimlənməsində rolu olmur. Biz sadəcə Tarif Şurasına müraciət edə bilərik, amma hələlik belə bir müraciət yoxdur. Bu gündən sərnişindaşıma prosesinə qoşulmuşuq, nələrin baş verəcəyini isə gələcəkdə görəcəyik və ictimaiyyətə müvafiq məlumatları mütləq çatdıracağıq”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər