750 min məcburi köçkün Qarabağa qayıdacaq - Komitə sədri

12:08 - 31.05.2021


31 may, Fineko/abc.az. Qarabağdan məcburi köçkün düşmüş Azərbaycan əhalisinin 70%-ə qədəri azad edilmiş ərazilərə qayıdacaq.

ABC.AZ inerfaks-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

“İnsanların əksəriyyəti öz doğma torpaqlarına qayıdacaq. Düşünürəm ki, bu, 750 min məcburi köçkünün 60-70%-dən çox olacaq”, - deyə Rzayev Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bütün bu müddət ərzində biz onların doğma torpaqlarına qayıtmağa can atdığını gördük. Rzayev vurğulayıb ki, Azərbaycanın mövcud qanunvericiliyinə əsasən, dövlət məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasına imkan yaratmalı, onlara layiqli həyat verməlidir.

“Yəni burada onların özlərinin və övladlarının taleyini yenidən qura bilmələri üçün yaxşı mənzil, yaxşı işlə təminat nəzərdə tutulur”, - deyə o qeyd edib.

 

Bütün xəbərlər