Alanya-Bakı uçuşları həyata keçiriləcək

12:18 - 31.05.2021


31 may, Fineko/abc.az. Türkiyənin "Pegasus" hava yolu şirkəti 19 iyun 2021-ci il tarixindən etibarən Alanya-Bakı uçuşlarına başlayacaq.

ABC.AZ xəbər verir ki, uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Təyyarələr Türkiyə vaxtı ilə saat 00:35-də Alanyadan qalxacaq, Azərbaycan vaxtı ilə saat 04:10-da Bakıya enəcək. Əks istiqamətdə uçuş isə yerli vaxtlarla saat 05:10-dan 07:05-ə qədər baş tutacaq.

 

Bütün xəbərlər