“Vətəndaş” tipli “Asan İmza” xidməti pulsuz oldu - Yeni qərar

12:31 - 31.05.2021


31 may, Fineko/abc.az. “Vətəndaş” tipli “Asan İmza” xidməti tamamilə ödənişsiz təqdim ediləcək.

ABC.AZ xəbər verir ki, 2021-ci ilin iyul ayından pandemiya dövrü müddətində "Vətəndaş” tipli “Asan İmza" xidməti üçün aylıq abunə haqqı ləğv etmə qərar verilib.

Xüsusilə vurğulanmalıdır ki, bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan vətəndaşlarla yanaşı, bu xidməti 2021-ci ilin iyul ayından etibarən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər.

Xatırladaq ki, bu xidmət üçün aylıq abunə haqqı 2.50 AZN təşkil edirdi.

 


Bütün xəbərlər