“Azəripək” MMC ixracı artırıb - 26 dəfə

16:35 - 31.05.2021


31 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayı dərc olunub.

ABC.AZ-ın məlumatına görə, sözügedən sayda bu ilin yanvar-aprel aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəripək” MMC-nin 731 min ABŞ dolları dəyərində məhsul ixrac edildiyi qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 703 min ABŞ dolları və yaxud 26,1 dəfə çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında “Azəripək” MMC 28 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

 

Bütün xəbərlər