Horadiz-Mincivan-Ağbənd avtomobil yolu ilə neçə kilometr olacaq?

16:43 - 31.05.2021


31 may, Fineko/abc.az. Azərbaycanın erməni işğalından azad edilən bölgələrində çox vacib layihələrin həyata keçirilməsi bizə həvalə olunub.

ABC.AZ Apa-ya istinadən  xəbər verir ki, bunu “Kalyon Holding”in Azərbaycandakı layihə rəhbəri Nihat Yıldırım bildirib. Onun sözlərinə görə, bu yol layihələrindən biri Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, digəri isə Horadiz-Mincivan-Ağbənd dəmir yoludur:

“Hər iki layihəni firmamızın keyfiyyətinə uyğun olaraq zamanında təhvil verərək, azərbaycanlı qardaşlarımızın istifadəsinə verəcəyik. Bu layihəni ən keyfiyyəti və ən uyğun zamanda həyata keçirmək üçün planlar hazırlamışıq. Layihə haqqında bəzi özəl məlumatları vermək istəyirəm. Avtomobil yolu 124 km, dəmir yolu 114 km-dir. Hər iki yol Araz çayı boyunca Ermənistan sərhədinə qədər uzanacaq. Bu yolların mənəvi olaraq çox böyük önəmi var. Bildiyiniz kimi, bu yol Ermənistan tərəfindən inşa olunacaq əlavə yolla və Naxçıvanın içərisindən keçən 170 km-lik yollarla İğdırdan Bakıya birbaşa bağlanacaq ən vacib ticarət və turizm yolu olacaq. Biz komandamızla buradayıq, işi vaxtında çatdırmaq üçün hər cür hazırlığı görürük”.

 

Bütün xəbərlər