Azərbaycan yeni nəqliyyat dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib

16:05 - 15.03.2018


15 mart, Fineko/abc.az. Azərbaycan tranzit potensialının genişləndirilməsi çərçivəsində yeni nəqliyyat dəhlizlərinin yaradılması təşəbbüsünü davam etdirir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki,  yeni nəqliyyat dəhlizinin yaradılması təşəbbüsü bu gün Azərbaycan, Türkiyə, İran, Gürcüstan xarici işlər nazirlərinin ilk dördtərəfli  görüşündə təqdim olunub.

“Təşəbbüs, Cənub-Qərb üzrə yeni nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur”, - nazir belə deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq bütün sahələri əhatə edəcək.

 

Bütün xəbərlər