“Azərkosmos” ASC 16 milyonluq ixrac həyata keçirib - 4 ayın statistikası

17:19 - 31.05.2021


31 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-aprel  aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 16,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin may sayına istinadən xəbər verir ki, sözügedən dövrdə “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib.

2021-ci ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 6,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər