“Qərb Ekol” şirkəti ağacları qanunsuz kəsib - Dövlətə 7000 manat zərər vurulub

11:06 - 1.06.2021


1 iyun, Fineko/abc.az. Xaçmaz rayonunun Fərzəlioba kəndində ağacların kəsilməsi ilə bağlı  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə şikayət daxil olub.

Xidmətdən ABC.AZ-a verilən məlumata görə, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Qərb Ekol” MMC tərəfindən palıd və qarağac ağaclarının kəsildiyi və təbiətə 7000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib.

 

Bütün xəbərlər