"Atəşgah Sığorta"-da nə baş verir? – Hesablanan sığorta haqıları azalıb

11:23 - 1.06.2021


1 iyun, Fineko/abc.az. "Atəşgah Sığorta" şirkətinin yığdığı sığorta haqları azalıb.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın aylıq statistikasına nəzər saldıqda aydın görmək olar.

Belə ki, 2021-ci ilin ilk 4 ayı ərzində "Atəşgah Sığorta" şirkəti tərəfindən 7 milyon 908 min manat sığorta haqları hesablanıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 140 min manat və ya 12,6% azdır.

Qeyd edək ki, "Atəşgah Sığorta" 2020-ci ilin ilk 4 ayı ərzində 9 milyon 48 min manat sığorta haqları hesablamışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər