Azərbaycanda bank və vergi mütəxəssisləri CRS üzrə vergi rezidentliyi prosedurlarını müzakirə ediblər

12:31 - 16.10.2017


Azərbaycanda Vergilər Nazirliyinin və  bankların nümayəndələri vahid hesabat  standartlarını (Common Reporting Standard - CRS) müzakirə ediblər.

Azərbaycan Banklar  Assosiasiyasının  (ABA) məlumatına əsasən, tərəflər, vahid hesabat  standartları prosedurları üzrə  yeni qaydaları müzakirə ediblər.

“Görüşün keçirilməsində məqsəd, vergi rezidentliyi arayışlarının doldurulması məsələsinə aydınlıq gətirməkdir”, - ABA-nın məlumatında belə deyilir.

 

Bütün xəbərlər