ABŞ-ın ödəniş sistemi Azərbaycanda tam fəaliyyət göstərə biləcək

12:30 - 1.06.2021


1 iyun, Fineko/abc.az. ABŞ-ın və dünyanın iri elektron ödəniş sistemi - “PayPal”ın Azərbaycanda tam fəaliyyət göstərməsi üçün işlər aparılır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Azexport" portalının rəhbəri Ayxan Qədəşov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriliyinə məxsus “Azərpoçt” MMC ilə əməkdaşlıq memorandumunun imzalanması mərasimində bildirib.

"Hazırda “PayPal” ölkəmizdə qismən fəaliyyət göstərir. Onun tam fəaliyyət göstərməsi üçün müəyyən işlər görülməlidir. Xüsusilə, bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməlidir və təbii ki, bu işlərdə “Azərpoçt”un da rolu böyükdür", - deyə o, qeyd edib.

 

Bütün xəbərlər