Türkiyəyə səyahət etmənin şərtləri açıqlanıb

14:03 - 1.06.2021


1 iyun, Fineko/abc.az. Bu gündən etibarən Türkiyəyə giriş üçün yeni qaydalar müəyyən edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Türk Hava Yolları məlumat yayıb.

Yeni qaydalara görə, bəzi ölkələrdən gələn və ya son 14 gün ərzində bu ölkələrdə olmuş şəxslər Türkiyəyə daxil olarkən son 72 saat ərzində alınmış mənfi koronavirus test nəticələrini təqdim etməlidirlər.

Türkiyəyə daxil olan bütün əcnəbilərdən hava limanında PCR testindən keçmələri tələb olunacaq.

Bu çərçivədə test nümunələri götürüldükdən sonra gələn sərnişinlərin son təyinat yerinə getməsinə icazə veriləcək və test nəticələri müsbət olarsa, Səhiyyə Nazirliyinin “COVID-19” təlimatına uyğun olaraq müalicə alacaqlar.

Müəllif: Elmir Murad

Bütün xəbərlər