AZAL Moskva istiqamətində uçuşların sayını artırır - Yeni uçuş siyahısı

16:31 - 1.06.2021


1 iyun, Fineko/abc.az. AZAL uçuş cədvəlində Bakıdan Moskvaya və əks istiqamətdə xüsusi reyslərin sayını artırır.

ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hər həftə həyata keçirilən iki reysə (çərşənbə və bazar günləri) 14 iyundan etibarən bazar ertəsi günləri həyata keçiriləcək daha bir reys əlavə olunacaq.

Qeyd olunan reyslərə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Qeyd edək ki, daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan kateqoriyadan sərnişinlər qəbul ediləcək.

 

Bütün xəbərlər