Bir gündə bu qədər vaksin vurulub

17:21 - 1.06.2021


1 iyun, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 59 499 vaksin vurulub.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 51 940, ikinci mərhələ üzrə 7559 nəfərdir.

Ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 312 715, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 404 898, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 907 817 nəfər təşkil edir.

 

Bütün xəbərlər