Neftin qiyməti yüksəlməkdədir, “Brent” barrel başına $70,53-dir

10:09 - 2.06.2021


2 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri dünən yüksəldikdən sonra çərşənbə günü ticarətində artmaqda davam edir. Bazarda nikbinlik enerjidaşıyıcılarına tələbatın sürətlə bərpası ümidindən irəli gəlir.

OPEC + nazirləri çərşənbə axşamı keçirilən iclasın yekunlarına görə, hasilatın artırılması üzrə planlarında hələ heç nə dəyişməməyi qərara alıblar və hesab edirlər ki, bəzi regionlarında qapanmaların olmasına baxmayaraq, davam edən vaksinasiya templərinin artması tələbatın tezliklə bərpa olunacağına ümid edir, İran neftinin perspektivləri isə hələ ki, aydın deyil.

Saat 9:30-da, London ICE Futures birjasında keçirilən hərracda, Brent-in avqust fyuçersi $0,28 (0,41%), bir barel üçün $70,53 qədər yüksəldi. İyunun 1-də hərracların nəticələrinə görə, avqust ayına olan Brent fyuçersləri $0,93 (1,34%) - bir barelə $70,25-ə qədər artıb.

Saat 9:30-da Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI neftinin iyul fyuçersinin qiyməti 0,21 (0,31%) - barel başına $67,93-ə qədər qalxıb. İyunun 1-də baş tutmuş hərracların nəticələrinə görə, iyul ayı üzrə WTI-nin fyuçers qiyməti $0,89 (1,33%) artaraq barelə görə $67,72-ə çatıb.

 

Bütün xəbərlər