AMB-ın depozit hərracında tələb təklifi 3,3 dəfə üstələyib

12:38 - 16.10.2017


 Azərbaycan Mərkəzi Bank (AMB) oktyabrın 16-da növbəti depozit hərracı keçirib.

AMB-dən verilən məlumata əsasən, hərracda 200 milyon manat həcmində vəsait cəlb edilmişdir.

“Tələb 636,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib”, - xəbərdə belə deyilir.

Beləliklə, depozit hərracında tələb, təklifi 3,3 dəfə üstələyib.

 

Bütün xəbərlər