Türkiyədə ixrac kəskin artıb – Hesabat

14:21 - 2.06.2021


2 iyun, Fineko/abc.az. Türkiyədə may ayında ixrac 16,5 milyard dollar təşkil edib.

ABC.AZ-ın məlumatına görə, Türkiyə Ticarət Nazirliyinin açıqlamasında ötən ilin may ayı ilə müqayisədə ixracın 65,5% artdığı qeyd olunub.

Ekspertlər artımı keçən ilin may ayında pandemiyanın yaratdığı geriləmədən qaynaqlandığını bildirib.

May ayında xarici ticarət kəsiri 4,2 milyard dollar səviyyəsinə yüksəlib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər