Gürcüstanda yoluxma azaldı - Bir gündə 30 nəfər öldü

15:03 - 2.06.2021


2 iyun, Fineko/abc.az. Gürcüstanda yoluxma sayında ötən günlə müqayisədə bu gün azalma müşahidə olunub.

ABC.AZ xəbər verir ki, son 24 saatda 954 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 896 nəfəri sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 346150 nəfərə çatıb.

Onlardan 329516 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 30 nəfərin ölməsi ilə bərabər ümumilikdə 4834 nəfər həyatını itirib.

 

Bütün xəbərlər