330x110
 

Göndərişləri TƏBİB ya Agentlik verir?

02.06.2021,15:45


2 iyun, Fineko/abc.az. İcbari tibbi sığorta sistemində göndərişlər TƏBİB-in tabeliyindəki tibb müəssisələri tərəfindən verilir.

ABC.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari tibbi sığorta sistemində göndərişlərin verilmə qaydası" mövzusunda çıxışında deyib.

O qeyd edib ki, göndərişlər həm özəl, həm də dövlət tibb müəssisələrinə verilə bilər.

"Eyni göndərişlə bir neçə həkimə müraciət etmək mümkün deyil. Əgər kimsə müalicə alırsa, müəyyən səbəblərdən 45 gün ərzində yenidən xəstəxanaya müraciət edə bilər. Göndəriş tibb müəssisəsi tərəfindən 10 gün müddətində verilir. Vətəndaş getdiyi xəstəxanaya göndərişlə yanaşı, şəxsiyyət vəsiqəsini də təqdim etməlidir”.