Ən bahalı mənzillərin olduğu ölkələr - Siyahı

17:24 - 2.06.2021


2 iyun, Fineko/abc.az. Mənzil qiymətlərinin artım sürətinə görə ölkələr arasında Türkiyə birinci yerdədir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, 2020-ci ilin birinci rübünün sonundan cari ilin birinci rübünün sonunadək dünyanın 56 ölkə və bölgəsindəki mənzil qiymətlərilə bağlı “Knight Frank” beynəlxalq məsləhət mərkəzinin bu gün açıqladığı hesabatına görə, qonşu ölkədə 32 faizlik bahalaşma qeydə alınıb.

Sonrakı yerləri ardıcıllıqla Yeni Zellandiya (22,1%), Lüksemburq (16,6%), Slovakiya (15,5%), ABŞ (13,2%), İsveç (13%), Avstriya (12,3%), Niderland (11,3%), Rusiya (11,1%), Norveç (10,9%) tutur.

 

Bütün xəbərlər