"Atasığorta" və "Günaysığorta" da bağlanır? – Maliyyə durumları ürəkaçan deyil

14:26 - 3.06.2021


3 iyun, Fineko/abc.az. "Atasığorta" və "Günaysığorta" şirkətlərinin maliyyə durumu heç də ürəkaçan deyil.

Bunu ABC.AZ-a açıqlamasında sığorta üzrə ekspert İlkin İbrahimov bildirib.

Ekspertin sözlərinə görə, adıçəkilən şirkətlərin hazırda sığorta ödənişlərində müəyyən çətinlikləri yaranıb.

"Amma onlar ümumiyyətlə sığorta yığımlarını yaxşı göstərirlər. Belə olduğu təqdirdə də biz desək ki, bu şirkətlərin bağlanma ehtimalı var, onda onlar sığorta yığımlarını göstərib sübut etməyə çalışır ki, baxın bizim maliyyə durumumuz yaxşıdır. Ödənişlərimiz də normal gedir. Amma hər iki şirkətlə bağlı kifayət qədər şikayət olduğu üçün biz böyük ehtimalla deyə bilərik ki, "Atasığorta" və "Günaysığorta"nın maliyyə durumu qənaətbəxş deyil. Və bizdə onlarla bağlı o qədər çox şikayət var ki, hesab edirəm ki, sözügedən şirkətlər əvvəlki gücdə, qüdrətdə deyillər " deyə İ.İbrahimov bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər