Məcburi köçkünlərin yaşadığı binalardan xəbər var - Təmir olunacaq

15:29 - 3.06.2021


3 iyun, Fineko/abc.az. Məcburi köçkünlərin yaşadığı binalar təmir olunacaq.

ABC.AZ-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işləri üzrə açıq tender elan edir.

Açıq tenderin başlama tarixi və vaxtı 03.06.2021 12:00, tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı isə 06.07.2021 17:00-da olacaq. İştirak haqqı: 600 AZN-dir.

 

Bütün xəbərlər