Neft ucuzlaşır, Brent bir barelə $71,13 təşkil edir

10:07 - 4.06.2021


4 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü azalır.

Saat 9:16-da London ICE Futures birjasında Brent-in avqust fyuçersi $0,18 (0,25%), bir barel üçün $71,13-a düşdü. İyunun 3-də hərracların nəticələrinə görə, Brent-in avqust fyuçersinin qiyməti $0,04 (0,06%) - barel başına $71,31-a düşüb.

Saat 9:16-da Nyu – York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin iyul neft fyuçersinin qiyməti $0,16 (0,23%) - barrel başına $68,65-a düşüb. İyunun 3-də hərracın nəticələrinə görə, iyul ayı üçün WTI-nin fyuçersinin qiyməti bir barel üçün $0,02 (0,03%) $68,81-ə düşüb.

 

Bütün xəbərlər