ABŞ Çinə qarşı yeni sanksiyalara başladı - Bayden qərar imzaladı

11:02 - 4.06.2021


4 iyun, Fineko/abc.az. ABŞ prezidenti Co Bayden Çinə qarşı iqtisadi sanksiyalara start verib.

ABC.AZ xarici mediüya istinadən xəbər verir ki, dünən Bayden ABŞ sahibkarlarının Çinin 59 iri müdafiə sənayesi və müşahidə-izləmə texnologiyası şirkətinə investisiya yatırmasını qadağan edən sənədi imzalayıb.

Analitiklər bunu Çinin ABŞ kapitalından istifadə etməklə Amerikanın öz milli maraqlarına təhlükə yaratmaq səylərinə son qoymaq üçün zəruri addım kimi əsaslandırıblar.

 

Bütün xəbərlər