Samaradan Bakıya 2 aviauçuş həyata keçiriləcək

11:45 - 4.06.2021


4 iyun, Fineko/abc.az. Rusiyanın iki aviaşirkəti Samaradan Bakıya birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, iyunun 8-dən etibarən “Nordwind” aviaşirkəti, iyunun 15-dən etibarən isə “S7 Airlines” aviaşirkəti Samara-Bakı-Samara aviareysi üzrə uçuşlara başlayacaq.

“Hər iki şirkət sözügedən marşrut üzrə həftədə bir aviareys yerinə yetirəcək. “Nordwind” həftənin II günləri, S7 isə III günləri uçacaq”, – hava limanından bildirilib.

 

Bütün xəbərlər