Çinə ixrac yükləri daşıyan qatar Bakıya çatıb

16:24 - 4.06.2021


4 iyun, Fineko/abc.az. Türkiyədən Çinin Sian şəhərinə ixrac yükləri daşıyan daha bir konteyner qatarı Bakı limanından yola salınıb.

“ADY Konteyner” MMC-dən ABC.AZ-a verilən məlumata görə, qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir.

Konteynerlər operatoru “ADY Konteyner” MMC olan “Barıs” gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına çatdırılacaq. Konteynerlərdə Çinə Türkiyə istehsalı olan sənaye məhsulları daşınır. Qatar Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edərək Bakıya çatıb.

 

Bütün xəbərlər