Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar başlayır

11:41 - 7.06.2021


7 iyun, Fineko/abc.az. Rusiyanın “S7” aviaşirkəti iyunun 23-dən etibarən Krasnoyarsk-Bakı marşrutu ilə müntəzəm reyslərə start verir.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, uçuşlar həftədə bir dəfə - çərşənbə günləri yerinə yetiriləcək. Krasnoyarskdan Bakıya reyslər yerli vaxtla saat 18:35-də, Bakıya eniş saat 21:00-da baş tutacaq.

Azərbaycanın paytaxtından uçuş yerli vaxtla saat 22:00-da planlaşdırılır.

Uçuş müddəti 5 saat 25 dəqiqə, əks istiqamətə - 4 saat 55 dəqiqiədir. Bakıya uçuşların proqramı oktyabr ayının sonunadək qüvvədə olacaq.

 

Bütün xəbərlər