Bitkoini ilk rəsmiləşdirməyə hazırlaşan ölkə - Adı açıqlandı

11:54 - 7.06.2021


7 iyun, Fineko/abc.az. Salvadorda bitkoini rəsmiləşdirməklə bağlı dövlət proqramı hazırlanır.

ABC.AZ xəbər verir ki, bu barədə xarici mətbuat yazır.

Qeyd olunub ki, Salvador sözügedən elektron pulu ödəniş vasitəsi kimi təsdiq edən ilk dövlət olamağa hazırlaşır.

Artıq Salvador prezidenti Nayib Bukale müvafiq təkliflə çıxış edib.

O, bununla bağlı artıq növbəti həftə Konqresə qanun layihəsi təqdim edəcəyini bildirib.

Prezidentin sözlərinə görə, bitkoinin leqallaşdırılması çox sayda yeni iş yerləri yaratmağa və əhali üçün maliyyə alətlərini daha əlçatan etməyə imkan verəcək.

 

Bütün xəbərlər