Bu həftə sonu sürət qatarları işləyəcək

16:08 - 7.06.2021


7 iyun, Fineko/abc.az. Bu həftənin şənbə və bazar günləri Bakı-Sumqayıt qatarları işləyəvcək.

ABC.AZ-ın məlumatına görə, qatar futbol üzrə Avropa çempionatının iyunun 12-də və 20-də Bakıda keçiriləcək oyunları ilə əlaqədar çalışacaq.

Həmin günlər Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sürət qatarları hərəkətdə olacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Bununla belə, həmin gün qatarlar qeyri-iş günləri üçün nəzərdə tutulmuş xüsusi qrafik əsasında (məhdud sayda) hərəkət edəcək.

 

Bütün xəbərlər