Bu məhsulların istehsalı artıb - Siyahı

10:36 - 8.06.2021


8 iyun, Fineko/abc.az. 2021-ci ilin yanvar- aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 447,4 milyon manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, həmin məbləğin 1 milyard 343,4 milyon manatı heyvandarlıq, 104,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,6 faiz artıb.

 

Bütün xəbərlər