Sığortaçılar “Audatex” sisteminin Azərbaycanda tətbiqi problemlərini müzakirə etdilər

16.03.2018,12:58


16 mart, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) “Audatex” Azerbaijan şirkəti ilə sığortaçıların görüşünü təşkil edib.

ASA-nın məlumatında deyildiyi kimi, görüş zamanı sığortaçılara “Audatex”in fəaliyyət mexanizmi və onun, Azərbaycanın sığorta bazarında tətbiqi barədə məlumat verildi.

“Tərəflər sistemin tətbiqi ilə mövcud problemləri müzakirə etmiş və onları həll etmək yollarını təklif etmişlər. Yığıncaqdan sonra sistemin Assosiasiyaya tətbiqi ilə bağlı işçi qrupunun yaradılması barədə qərar qəbul edilib”, - məlumatda belə deyilir.