Azərbaycanda aviaşirkət ləğv edilib - Kreditorlara müraciət

11:18 - 8.06.2021


8 iyun, Fineko/abc.az. “Silk Way Holdinq” MMC-yə məxsus "Silk Way East Aviaşirkəti" və "Silk Way İnvestment" MMC-lər ləğv olunduqlarını elan edib.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir ki, şirkət kreditorlara müraciət edib.

Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportuna bildirə bilərlər.

 

Bütün xəbərlər