Dövlət Agentliyi restoranlara xəbərdarlıq etdi – Detallar

12:12 - 8.06.2021


8 iyun, Fineko/abc.az. Son günlər sosial şəbəkələrdə və müxtəlif media orqanlarında ictimai iaşə müəssisələrinin qapalı və açıq məkanlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı elanlar verilməkdədir və paralel olaraq müfəttişlər tərəfindən bu cür qanunsuz tədbirlərin keçirilməsi faktları aşkarlanır.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) ABC.AZ-a verilən məlumata görə, pandemiya dövrünün tələblərini pozaraq, koronavirusun yayılmasına rəvac verən, eyni zamanda vətəndaşların sağlamlığını təhlükəyə atmaqla keçirilən bu cür qanunazidd tədbirlərin təşkili yolverilməzdir və bununla bağlı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir.

 

Bütün xəbərlər