Volqoqraddan Bakıya birbaşa uçuşlar başlayır – Bu tarixdən

12:28 - 8.06.2021


8 iyun, Fineko/abc.az. İyunun 16-dan etibarən Rusiyanın Volqoqrad şəhərindən Bakıya birbaşa aviareys üzrə uçuşlara start veriləcək.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Volqoqrad Beynəlxalq Aeroportundan bildirilib.

Qeyd olunub ki, uçuşlar həftədə bir dəfə – çərşənbə günləri həyata keçiriləcək. Biletlər artıq satışa çıxarılıb.

 

Bütün xəbərlər