Salyanda yolların təmirinə 1 milyon manatdan çox pul ayrıldı

16:09 - 8.06.2021


8 iyun, Fineko/abc.az. Salyan Rayon İcra Hakimiyyəti bir müddət əvvəl elan etdiyi tenderin qalibi müəyyənləşib.

ABC.AZ xəbər verir ki, Salyan şəhərinin küçə və səkilərinin əsaslı təmiri  tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib.

Açıq tenderin qalibi "Sevinc-96" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Salyan Rayon İcra Hakimiyyəti qalibə 1 milyon 6 min 803 manat ödəyəcək.

Bütün xəbərlər