Azərbaycanda kənd təssərüfatında bir ilk – Toxum dronlarla səpildi

12:08 - 9.06.2021


9 iyun, Fineko/abc.az. Azərbaycanda ilk dəfə gübrə və toxum səpmə funksiyasını icra edən aqro-dronlar sınaqdan keçirilib.

ABC.AZ xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu dronlar sabah işinə başlayacaq 14-cü "CaspianAgro" beynəlxalq kənd təsərrüfatı sərgisində nümayiş olunacaq.

T.Qafarbəyli bildirib ki, yeniliklərdən biri də sahədəki ayalı skan edən və dərmanlayan aqro-dronlardir.

"Bu dronlar həm dağlıq, həm də düzənlik ərazilərdə sınaqdan keçirilib və yüksək nəticələr əldə edilib. Dronlar fermerlərə olduqca münasib qiymətlərlə icarəyə veriləcək" deyə Nazirlik rəsmisi bildirib.

 

Bütün xəbərlər