Bir gündə nə qədər vaksin vurulub?

17:08 - 9.06.2021


9 iyun, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus infeksiyası əleyhinə 38 466 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 394, ikinci mərhələ üzrə isə 5072 nəfər olub.

İndiyə qədər ölkə ərazisində vurulan vaksin dozalarının ümumi sayı 2 624 876-dır.

Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 679 448, ikinci mərhələ üzrə 945 428 nəfər təşkil edir.

 

Bütün xəbərlər