Dağlar Zeynalov vəzifəsindən azad edilib

12:04 - 10.06.2021


10 iyun, Fineko/abc.az. Baş prokurorun köməkçisi Dağlar Zeynalov vəzifəsindən azad edilib.

ABC.AZ report-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, D.Zeynalov prokurorluqda xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, D.Zeynalov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsində çalışıb. O, daha əvvəl Mingəçevir və Sumqayıt şəhərlərinin prokuroru işləyib

 

 

Bütün xəbərlər