Amerika Ticarət Palatası Azərbaycan Mərkəzi Bankına tövsiyə verdi - Yeni sənəd

12:25 - 11.06.2021


11 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankına tövsiyyə edirik ki, əmanətlərin sığortalanması ilə bağlı uzunmüddətli strategiyanın müddəti uzadılsın və yaxud yenisi hazırlansın.

ABC.AZ xəbər verir ki, bu Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı "Ağ sənəd"də öz əksini tapıb. Sənəddə bir sıra məqamlara toxunulub.

Belə ki, qısamüddətli müzakirələr istehlakçıların davranışına qeyri-müəyyənlik, banklara isə yalnız qısamüddətli vəsaiti gətirdiyi qeyd olunub.

"Nəticədə, uzunmüddətli layihələrə investisiya qoyuluşu banklar üçün çətinləşir. Müştərilər banka əmanət yerləşdirmək üçün gələcəklə bağlı etimada və aydın təsəvvürə malik olmalıdırlar”, - deyə sənəddə qeyd olunub.

 

Bütün xəbərlər