Muzdla işləyənlərin ən çox çalışdığı sahələr – Ötən 4 ayın hesabatı

15:28 - 11.06.2021


11 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 722,3 manat olması barədə məlumat yayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2021-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1678,4 min nəfər olmuş, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Bütün xəbərlər