İlham Əliyevlə Şuşada böyük miqyaslı müqavilə imazalayacağıq - Ərdoğan

16:03 - 11.06.2021


11 iyun, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin detallarını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Türkiyə prezidenti səfərlə bağlə cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O qeyd edib ki, Azərbaycana getdiyimizdə öncə Füzuliyə səfər edəcəyik, oradan da İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik.

"İlham Əliyevlə Şuşada böyük miqyaslı müqavilə imazalanacaq. Bu, Türkiyə ilə Azərbaycan arasında ən böyük müqavilələrdən biri olacaq” deyə Ərdoğan deyib.

 

Bütün xəbərlər